Son dəqiqə

Böyük Britaniya Qırğızıstan Akılbek Japarov

Qırğızıstan və Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. TurkicWorld:

Qırğızıstan Nazirlər Kabinetinin sədri - Qırğız Respublikası Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Londona işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın xarici işlər və beynəlxalq inkişaf naziri David Kameronla görüşüb.

TurkicWorld xəbər verir ki, danışıqlar zamanı tərəflər ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Akılbek Japarov Britaniya idxalçıları və Qırğızıstanın ixracatçıları arasında işgüzar əlaqələrin qurulması istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, Qırğızıstanın xarici investorların cəlb edilməsi istiqamətində fəal iş apardığını qeyd edib.

“İnvestorlar Qırğızıstanın Çin və Avropa arasında logistika marşrutları baxımından əlverişli mövqedə yerləşməsi, hidroenergetika potensialı, turizm üçün rekreasiya resurslarının mövcudluğu, eləcə də qızıl və digər ehtiyatları ilə maraqlana bilər", - deyə o əlavə edib.

Böyük Britaniyanın xarici işlər və beynəlxalq inkişaf naziri Devid Kemeron Böyük Britaniyanın hakimiyyət orqanlarının ikitərəfli əməkdaşlığın intensivləşdirilməsində maraqlı olduğunu bildirib, iki ölkə arasında əvvəllər əldə edilmiş razılaşmaların və yeni razılaşmaların icrasının yüksək səviyyədə olacağına əminliyini ifadə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər