Qırğızıstan prezidenti Ər-Riyada işgüzar səfər edib

Qırğızıstan prezidenti Ər-Riyada işgüzar səfər edib

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını müzakirə etmək üçün Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri ilə keçirilən fövqəladə Ərəb-İslam Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada işgüzar səfər edib.

TurkicWorld xəbər verir ki, İsrailin Qəzzaya hücumlarının 36-cı gününə girdiyi bir vaxtda Səudiyyə Ərəbistanı Qəzzadakı hadisələri müzakirə etmək üçün keçiriləcək Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantılarının bu gün Ər-Riyadda vahid zirvə toplantısında birləşdiriləcəyini açıqlayıb.

Məlumata əsasən, sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparılacaq.

X: Lamanasadli01