Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan rəsmi səfərlə Çin Xalq Respublikasının paytaxtı Pekinə gedib.
TurkicWorld ArabAZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici siyasət idarəsinin rəhbərinin Çin hökumətinin yüksək rütbəli rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirməsi planlaşdırılır. Müzakirələrdə iki ölkə arasında ikitərəfli strateji əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hər iki tərəfi maraqlandıran regional və beynəlxalq müstəvidəki aktual proseslər ətrafında geniş fikir mübadiləsinin aparılacağı gözlənilir.







