Son dəqiqə

İran ABŞ Qətər Oman Hörmüz boğazı dəniz nəqliyyatı diplomatik danışıqlar dondurulmuş vəsaitlər

ABŞ-İran danışıqlarının gedişi dondurulmuş vəsaitlərin taleyinə təsir edir- Qətər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında aparılan danışıqların gedişinin İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin taleyi ilə birbaşa bağlı olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, dondurulmuş İran vəsaitlərinin azad olunması Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsindən asılıdır.

Sözçü Hörmüz boğazında son günlər yaranmış gərginliyə də toxunaraq qeyd edib ki, ABŞ ilə İran arasında ötən həftə baş vermiş qarşılıqlı atışmaların genişlənməsinin qarşısını almaq üçün gərginliyin azaldılmasına xidmət edən birbaşa əlaqə xəttindən istifadə olunub.

Onun sözlərinə görə, Qətər Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə Omanla sıx əlaqələndirmə aparır.

Qətər rəsmisi vurğulayıb ki, ölkəsi Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçilik hüququnun qorunmasını əsas prioritet hesab edir.

Mövzuya görə xəbərlər