Son dəqiqə

Qırğızıstan Cənubi Koreya Jeenbek Kulubayev Çoi Te Ho

Qırğızıstan-Cənubi Koreya nazirləri məsləhətləşmələrinin birinci raundu keçirilib

Bakı. TurkicWorld:

Seul şəhərində Qırğızıstan-Cənubi Koreya nazirləri məsləhətləşmələrinin birinci raundu keçirilib.

TurkicWorld xəbər verir ki, Qırğız Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru M.Abakirov Qırğızıstan tərəfinə, Koreya Xarici İşlər Nazirliyinin Avropa ölkələri departamentinin baş direktoru Çoi Te Ho isə Koreya tərəfinə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı tərəflər Qırğızıstan-Koreya münasibətlərinin geniş spektrini, o cümlədən siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

Qeyd edək ki, məsləhətləşmələrin ilk raundu Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevin 2022-ci ilin oktyabrında Koreya Respublikasına rəsmi səfəri zamanı iki ölkə arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramı çərçivəsində keçirilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər