Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayıb

Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayıb

Bakı. TurkicWorld:

Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,46% səs toplayıb.

TurkicWorld xəbər verir ki, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə daxil olacaq.

Qazaxıstan "Xalq" Partiyası 6,25%, "Ak Jol" ("İşıqlı yol") Demokratik Partiyası - 7,87%, "Aul" ("Kənd") partiyası - 10,52%, sahibkarlar qrupunun yaratdığı "Respublika" partiyası 8,9% səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan "Milli Sosial Demokrat" Partiyası 5,31% səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası "Baytak" 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilmir.