Tokayev Finlandiyanın Əməkdaşlıq və Xarici ticarət nazirini qəbul edib

Tokayev Finlandiyanın Əməkdaşlıq və Xarici ticarət nazirini qəbul edib

Bakı. TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Finlandiyanın əməkdaşlıq və xarici ticarət naziri, Qazaxıstan-Finlandiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Ville Skinnari ilə görüşüb.

TurkicWorld-un məlumatına əsasən, Kasım-Jomart Tokayev Finlandiya nümayəndə heyətinin Qazaxıstana səfərinin ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə dəstək kimi önəmini qeyd edib.

“Ticarət, iqtisadiyyat, nəqliyyat, logistika və təhsil sektorlarında tərəfdaşlıq bizim üçün önəmlidir və finlandiyalı sahibkarların Qazaxıstana sərmayə qoymasını stimullaşdırmaq üçün onlara hərtərəfli dəstək üçün hazırıq” – deyə prezident vurğulayıb.

Bundan əlavə, Ville Skinnari iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, səmimi qəbula görə Qazaxıstan dövlət başçısına təşəkkür edib.

Tərəflər, həmçinin, beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Kasım-Jomart Tokayev Finlandiya Prezidenti Sauli Niinistöyə ən xoş arzularını çatdırıb və onu Qazaxıstana səfərə dəvət edib.