Blinken Qazaxıstana ilk rəsmi səfərini edəcək

Blinken Qazaxıstana ilk rəsmi səfərini edəcək

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Antoni Blinken fevral ayının 28-də Qazaxıstanın paytaxtı Astanaya ilk rəsmi səfərini edəcək.

TurkicWorld-un məlumatına görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Antoni Blinkeni paytaxt Astanada qəbul edəcək.

Bununla yanaşı, ABŞ dövlət katibi Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi ilə də görüşəcək.

Məlumat üçün qeyd edək ki, Blinken səfəri çərçivəsində Mərkəzi Asiya Xarici İşlər Nazirlərinin C5+1 Nazirlər görüşündə iştirak edəcək.

Görüşdə regional əməkdaşlıq və ABŞ ilə tərəfdaşlığın gələcək inkişafı müzakirə olunacaq.