Tokayev Almatı şəhərinin seysmoloji tədqiqi ilə bağlı göstəriş verib

Tokayev Almatı şəhərinin seysmoloji tədqiqi ilə bağlı göstəriş verib

Bakı. TurkicWorld:

Qazaxıstanın Almatı şəhərində üç illik xüsusi seysmoloji tədqiqat işi üçün vəsait ayrılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev göstəriş verib.

"Mənim göstərişimlə Almatıda xüsusi seysmoloji tədqiqat aparılacaq. Üç illik elmi-tədqiqat işlərinə Akimat (regionda respublika prezidentini və hökumətini təmsil edir) vəsait ayıracaq. Bizim qarşımızda həm də enerji çatışmazlığının, epidemiyaların və quraqlıqların proqnozlaşdırılması və qarşısının alınması vəzifəsi durur. Müvafiq nazirliklər fövqəladə halların mümkün risklərini nəzərə almaqla, sənaye və regionlar üzrə inkişaf proqramlarına yenidən baxmalıdırlar. Bu işə elmi ictimaiyyət, hidrologiya, iqlimşünaslıq, coğrafiya, mühəndislik və sair sahələr üzrə mütəxəssislər cəlb edilməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar başlayandan 100 minə yaxın insan təxliyə edilib.

X: Lamanasadli01