Son dəqiqə

BMT İsrail Qazaxıstan

Qazaxıstan BMT Baş Assambleyasının İsrail sərhədləri ilə bağlı qətnaməsini dəstəkləyib

Bakı. TurkicWorld:

Qazaxıstan BMT Baş Assambleyasının İsrail sərhədləri ilə bağlı qətnaməsini dəstəkləyib.

TurkicWorld-un məlumatına görə, qətnaməyə əsasən, İsrail 1967-ci il sərhədlərinə qayıtmağa çağırılır.

Səsvermə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası zamanı baş tutub. Sənədə 91 ölkə, o cümlədən Rusiya, Braziliya, Hindistan, Çin və Səudiyyə Ərəbistanı səs verib. Səkkiz ölkə, o cümlədən ABŞ və Böyük Britaniya buna qarşı çıxıb, daha 62 ölkə isə bitərəf qalıb. Qətnamə Əlcəzair, Venesuela, Misir, İordaniya, İraq, Qətər, Şimali Koreya, Kuba, Küveyt, Livan, Mavritaniya, BƏƏ, Suriya və Tunis tərəfindən dəstəklənib.

Sənəd səkkiz bənddən ibarətdir.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər