Beynəlxalq ekspertlər Qazaxıstanda baş verən partlayışla bağlı araşdıramalara qoşulub

Beynəlxalq ekspertlər Qazaxıstanda baş verən partlayışla bağlı araşdıramalara qoşulub

Bakı. TurkicWorld:

Qazaxıstanda Kostenko mədənində baş verən ölümcül partlayışla bağlı araşdırmalara MDB və qeyri-MDB ölkələrindən olan beynəlxalq ekspertlər də qoşulub.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bu partlayış Qazaxıstanda baş verən ən böyük mədən faciələrindən biri olub. Beş şaxtada, o cümlədən Abayskaya, Saranskaya, Şahtinskaya, həmçinin Kuzembayev və Lenin şaxtalarında kömür hasilatı bərpa edilib", - deyə Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov bildirib.

Qeyd edək ki, 28 oktyabr səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub. Partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01