Qazaxıstan xilasediciləri Əfqanıstanda axtarış əməliyyatlarına qoşulub

Qazaxıstan xilasediciləri Əfqanıstanda axtarış əməliyyatlarına qoşulub

Bakı. TurkicWorld:

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin ekipajı gecə saatlarında Əfqanıstanın zəlzələdən zərər çəkmiş Herat vilayətinə gəlib və Herat şəhərindən 25-30 km aralıda yerləşən Naibrofidə xilasetmə və axtarış əməliyyatlarına qoşulub.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi açıqlama verib.

Məlumata əsasən, Herat rəsmiləri yardıma görə Qazaxıstana minnətdarlığını bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 min 445 nəfər ölüb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 45 əməkdaşı axtarış-xilasetmə işlərinə qoşulmaq üçün Herat vilayətinə yola düşüb. Oktyabrda humanitar yardımın ilk partiyası Əfqanıstana göndərilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01