Bakı. TurkicWorld:
Zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Əfqanıstana göndərilib .
TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müvafiq göstəriş verib.
Axtarış-xilasetmə işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 45 nəfərdən ibarət qüvvə yaradılıb. Bunlar xilasetmə əməliyyatlarında uzun illər zəngin təcrübəyə malik təcrübəli işçilərdir. Bu il Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında da bir sıra xilasedicilər və həkimlər iştirak edib.
Qrup lazımi avadanlıqlarla təchiz olunub. Göndərilən xilasetmə qrupa Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin sədri vəzifəsini icra edən Ularbek Abıkeyev rəhbərlik edir.
Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.
Aytac Süleymanova
Twitter: a_alieva_