Qazaxıstan Əfqanıstana humanitar yardım göstərəcək

Qazaxıstan Əfqanıstana humanitar yardım göstərəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Əfqanıstana humanitar yardım göstərəcək.

TurkicWorld-un məlumatına görə, Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevin tapşırığına uyğun olaraq, Qazaxıstan Respublikası Əfqanıstana humanitar yardım göstərəcək. Bu məsələ hökumət komissiyasının iclasında müzakirə olunub.

Humanitar yardıma ərzaq, çadır, dərman, geyim və digər zəruri əşyalar daxildir. Yaxın vaxtlarda yardım məhsulları hava və dəmir yolu ilə göndəriləcək.

İnsanların dağıntılar altından xilas edilməsinə köməklik göstərmək üçün Qazaxıstan Fövqəladə hallar nazirliyinin xilasediciləri, o cümlədən kinoloqlar da Əfqanıstana göndəriləcək.

Qeyd edək ki, Qazaxıstan bu il oktyabrın 7-də Herat vilayətində baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Əfqanıstana dəstək verəcək.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.

Aytac Süleymanova

Twitter: a_alieva_