Son dəqiqə

BMT Qazaxıstan Kasım-Jomart Tokayev Antonio Quterreş

Qazaxıstan BMT üçün imtiyazlı tərəfdaşdır - Quterreş

Bakı. TurkicWorld:

Qazaxıstan Birləşmiş Millətlər Təşkilatı üçün imtiyazlı tərəfdaşdır.

TurkicWorld xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı deyib.

Məlumata əsasən, görüş çərçivəsində tərəflər Qazaxıstanın BMT ilə hərtərəfli əməkdaşlığının prioritet istiqamətlərini müzakirə ediblər.

"Qazaxıstanla BMT sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması və insan hüquqlarının təmin edilməsi sahəsində əməkdaşlığı davam etdirir. Bizim üçün Qazaxıstan qlobal səviyyədə sülhün təbliğatçısı və müdafiəçisidir”, -deyə Quterreş vurğulayıb.

Bundan əlavə, Tokayev dövrün ən aktual problemlərinin həllində BMT-nin müstəsna rolu olduğunu vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər