Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev ASELSAN

Otokar ARMA və ASELSAN məhsulları Tokayevə təqdim edilib

Bakı. TurkicWorld:

Otokar ARMA və ASELSAN məhsulları Qazaxıstan prezidenti Kasım Jomart -Tokayevə təqdim edilib.

TurkicWorld-un məlumatına görə, Qazaxıstan prezidenti Tokayevin Almatı vilayətinə işgüzar səfəri çərçivəsində yerli müdafiə sənayesi sektorunda istehsalla məşğul olan şirkətlərin məhsullarının sərgiləndiyi təqdimat mərasimi keçirilib.

Bu çərçivədə Qazaxıstan-Türkiyə ortaq şirkəti Qazaxıstan Aselsan Mühəndislik və Otakarın məhsulları da Tokayevə təqdim edilib.

Tokayev “Otokar”ın “Arma” zirehli maşınına da baxış keçirib.

Qazaxıstan prezidenti müdafiə sənayesi sektorunun lokallaşdırılmasının vacibliyini vurğulayıb.

Otokar tərəfindən bir ildən artıqdır inkişaf etdirilən TULPAR zirehli döyüş maşını və ARMA 8×8 taktiki təkərli zirehli vasitə Qazaxıstanda müxtəlif sınaqlardan keçirilib. Bununla belə, Rusiya istehsalı olan 2K23 Tower inteqrasiya olunmuş TULPAR və ARMA avtomobilləri də Qazaxıstanda sınaqdan keçirilib.

Qeyd edək ki, TULPAR və ARMA 8×8 maşınlarının yaxın vaxtlarda Qazaxıstan ordusunun inventarına daxil olması gözlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər