İtaliya Qazaxıstanın əsas tərəfdaşı olmaq istəyir - Antonio Tajani

İtaliya Qazaxıstanın əsas tərəfdaşı olmaq istəyir - Antonio Tajani

Bakı. TurkicWorld:

İtaliya Qazaxıstanın əsas tərəfdaşı olmaq istəyir.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bildirib.

"İtaliya Qazaxıstanın Avropa İttifaqındakı ən mühüm tərəfdaşlarından biridir və 30 ildən artıq diplomatik münasibətlər dövründə biz ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiyaların təşviqi və qorunmasına yönəlmiş bir sıra sazişlər imzalamışıq. İqtisadi əməkdaşlıq enerji sahəsində ikitərəfli münasibətlərimizin sütunlarından biri olub. Buna İtaliya və Qazaxıstan universitetləri arasında 97 müqavilə ilə universitetlərarası əməkdaşlığı da əlavə edin", - deyə o vurğulayıb.

A.Tajani onu da bildirib ki, İtaliya Qazaxıstanla dialoqu gücləndirməklə siyasi, iqtisadi və mədəni əlaqələrə töhfə verməyə hazırdır.

"Dekarbonizasiya və iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi, infrastrukturların inkişafı və rəqəmsallaşdırılması, texnoloji transformasiya kimi məsələlər bizim birlikdə həll etməli olduğumuz və yeni biznes imkanlarının yarana biləcəyi mühüm qlobal problemlərdir. Bərpa olunan enerji mənbələri, aqrobiznes, mexanika və tətbiqi texnologiya şirkətlərimiz üçün çox perspektivli sektorlardır. Artıq Qazaxıstanda bir çox İtaliya müəssisələri işləyir, digərləri də fəaliyyətə hazırdır", - deyə o əlavə edib.

Bundan əlavə, o bildirib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin başlatdığı iqtisadi modernləşdirmə çərçivəsində dövlət-özəl dialoq üzərində iş aparılaraq biznes mühitinin yaxşılaşdırılacağını gözlənilir.

Ləman Əsədli

Twitter: lamanasadli01