Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Samruk Kazyna KazakhExport

Tokayev ilkin kütləvi təkliflərin həyata keçirməsi ilə bağlı təlimat verib

Bakı. TurkicWorld:

Qazaxıstanın Samruk Kazyna Suveren Fonduna daxil olan şirkətlər 2024-cü ildən ilkin kütləvi təkliflər həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

Məlumata əsasən, bu addım hökumətin iqtisadiyyatdakı rolunu azaltmaq üçün daha geniş strategiyanın bir hissəsidir.

“Məqsəd özəlləşdirmə və ilkin kütləvi təkliflər prosesini sürətləndirmək və aktivlərin idarə edilməsinin səmərəliliyini artırmaqdır”, - deyə Tokayev bildirib.

Bundan əlavə, Qazaxıstan prezidenti orta müəssisələrin artımının sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Tokayev ixracın təşviqinə sistemli yanaşmanın zəruriliyini vurğulayıb və ölkənin mövcud ixrac sığorta şirkəti olan “KazakhExport” əsasında tam fəaliyyət göstərən ixracın təşviqi institutunun yaradılmasını təklif edib.

Qazaxıstan prezidenti onu da qeyd edib ki, yerli sahibkarlığa dəstək, tənzimləyici yüklərin yüngülləşdirilməsi və rəqabətin gücləndirilməsi kimi konkret sahələrə xüsusi diqqət yetirmək lazımdır.

Ləman Əsədli

Twitter:lamanasadli01

Mövzuya görə xəbərlər