Son dəqiqə

Qazaxıstan Türkmənistan

Türkmənistan Qazaxıstana məktəb ləvazimatları ixrac edib

Bakı. TurkicWorld:

Türkmənistan Qazaxıstana məktəb partaları ixrac edib.

TurkicWorld-un məlumatına görə, yeni tədris ili ərəfəsində “Aybolek” mebel şirkəti Qazaxıstanın paytaxtı Astanada Əl-Farabi adına Qazax Milli Universitetinin yeni açılmış 400 nəfərlik kampusu üçün yüksək keyfiyyətli məktəb partaları ixrac edib.

Türkmənistanda istehsal olunan məhsulların xarici ölkələrə ixracının artırılması Türkmənistan prezidentinin iqtisadi strategiyasının mühüm istiqamətlərindən biridir. Bu çərçivədə ölkədə özəl sektora müvafiq dəstək verilir. “Aybolek” mebel şirkəti də ötən ilin sentyabr ayında Qazaxıstanın Alma-Ata şəhərində 720 nəfərlik müasir tipli orta məktəb üçün məktəb partalarını tədarük edib.

Bundan əlavə, Türkmənistanın Təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin uşaq bağçaları, orta məktəbləri və ali təhsil müəssisələri üçün 5000-dən çox masa hazırlanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər