Son dəqiqə

Beyləqan VAZ-2107 Seymur Kərimov yol-nəqliyyat hadisəsi Ford Transit

Beyləqanda iki avtomobil toqquşub - Ölən var

BAKI,TurkicWorld

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə sentyabrın 7-də qeydə alınıb.

Belə ki, Seymur Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Beyləqan şəhəri ərazisində hərəkətdə olarkən Rəhim Süleymanovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə toqquşub.

Nəticədə S.Kərimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Mövzuya görə xəbərlər