Son dəqiqə

Azərbaycan yanğın Beyləqan

Beyləqanda 6 otaqlı ev yanaraq külə dönüb

BAKI,TurkicWorld

Beyləqanda fərdi yaşayış evində baş verən yanğın zamanı 6 otaqlı ev tamamilə yanıb.

TurkicWorld xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb. Kənd sakini Bəhmən Kərimova məxsus yaşayış evində başlayan yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-in Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon Yanğınsöndürmə bölməsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər