Son dəqiqə

Azərbaycan Beyləqan

Beyləqanda avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb

BAKI,TurkicWorld

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TurkicWorld-ün Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şahsevən kənd sakini, 1991-ci il təvəllüdlü Süleyman Məhərrəmov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü Süleyman Məhərrəmov, həmçinin avtomobildə olan Kəbirli kənd sakinləri – 1958-ci il təvəllüdlü Səməd Rzayev və 1982-ci il təvəllüdlü Elgün Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər