Son dəqiqə

Azərbaycan Bakı Yasamal

Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb

BAKI,TurkicWorld

Yasamalda soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən marketlərdən birində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş 43 yaşlı A.Zahidov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər