Son dəqiqə

Azərbaycan Bakı Səbail

Şıxov çimərliyində iki qadının boğulması ilə bağlı araşdırma aparılır

BAKI,TurkicWorld

Bakının Səbail rayonunda yerləşən Şıxov çimərliyində iki qadının dənizdə boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Məlumata görə, hadisə avqustun 10-da baş verib.

Dənizdə batan 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızı və 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzuya görə xəbərlər