Son dəqiqə

Azərbaycan Xəzər dənizi Fövqəladə Hallar Nazirliyi

İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı

BAKI,TurkicWorld

Avqustun 2-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan gəncin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 2-də Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

Suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları isə davam etdirilirdi.

Mövzuya görə xəbərlər