Son dəqiqə

Rusiya zəlzələ Kamçatka

Rusiyada güclü zəlzələ oldu

BAKI, TurkicWorld

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb. Bölgənin sakinləri yeraltı təkanları 3 bala qədər gücdə hiss edib.

Mövzuya görə xəbərlər