BAKI, TurkicWorld
Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə ölkənin milli meteorologiya idarəsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.




