Son dəqiqə

Indoneziya zəlzələ

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld Orxan Qədirzadə

İndoneziyada 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Tobelo rayonundan 58 kilometr qərbdə yerləşib.

Qurumun bildirdiyinə əsasən, yeraltı təkanların ocağı 120,9 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda zəlzələ nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə hər hansı rəsmi məlumat açıqlanmayıb.

Bununla yanaşı, bölgə üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da elan edilməyib.

Mövzuya görə xəbərlər