Son dəqiqə

Pakistan Əfqanıstan zəlzələ Hindu Kuş Kabil Xeybər Paxtunxva Svat

Hindu Kuş bölgəsində güclü zəlzələ Əfqanıstan və Pakistanda hiss olunub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Əfqanıstanın Hindu Kuş bölgəsində güclü zəlzələ baş verib və yeraltı təkanlar həm ölkə daxilində, həm də Pakistan ərazisində hiss olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ nəticəsində paytaxt Kabildən tutmuş Pakistanın şimalındakı bölgələrə qədər təkanlar qeydə alınıb.

Pakistanın Xeybər Paxtunxva əyalətinin Svat bölgəsində sakinlərin təşviş içində evlərdən çölə çıxdığı bildirilir.

Hadisə ilə bağlı ilkin məlumata görə, insan tələfatı barədə rəsmi məlumat yoxdur.

Mövzuya görə xəbərlər