Son dəqiqə

Türkiyə qəza

May ayında Türkiyədə 50 mindən çox qəza baş verib (ÖZƏL)

Bakı.TurkicWorld:

2024-cü ilin mart ayında Türkiyədə baş verən ümumi qəza sayı 50 min 484 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, may ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 43 min 786, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 698 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 21 min 981, vəfat edənlərin sayı isə 197 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

Məlumata əsasən, yanvar-may aylarında Türkiyədə törədilən qəza sayı 235 min 153 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 204 min 214, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 30 min 939 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 95 min 604, vəfat edənlərin sayı isə 862 nəfər təşkil edib.

Mövzuya görə xəbərlər