Bakı. TurkicWorld:
"İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, işləməyən qatara depoda mütəxəsislər tərəfindən baxış keçiriləcək.
“Həmin qatara baxış keçirildikdən sonra xəttə verilməyəcək.Yaxın saatlarda yaranan nasasızlıqla bağlı ictimaiyyətə məlumat veriləcək”,- deyə B. Məmmədov bildirib.
Qeyd edək ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.
Mehriban Xəlilli