Son dəqiqə

Azərbaycan Bakı Metropoliteni İçərişəhər

Metronun Qırmızı xəttində texniki nasazlıq baş verib

BAKI,TurkicWorld

Bakı metropoliteninin Qırmızı xəttində hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu gün saat 11:18 radələrində “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkətdə olan qatarda nasazlıq yaranıb.

Texniki baxışın aparılması zərurəti ilə əlaqədar normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar isə köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Məlumata görə, Bənövşəyi xətdə, eləcə də “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

xxx

Metropolitendə Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Mövzuya görə xəbərlər