BAKI,TurkicWorld
Yanvar ayı ərzində Bakı Metropoliteninin 964 Əlaqə mərkəzi vətəndaş müraciətlərinin operativ, effektiv və sistemli şəkildə cavablandırılmasını təmin edib.
TurkicWorld xəbər verir ki, ay ərzində Əlaqə mərkəzinə sorğu, təklif və şikayət xarakterli ümumilikdə 1 315 müraciət daxil olub. Müraciətlərin 729-u sosial media kanalları, 393-ü telefon zəngləri, 193-ü isə elektron poçt vasitəsilə qeydə alınıb.
Əlaqə mərkəzinin operativlik göstəriciləri də yüksək səviyyədə olub. Statistikaya əsasən, daxil olan zənglərin 98 faizi ilk cəhddən və 30 saniyə ərzində cavablandırılıb. Xətdə orta gözləmə müddəti isə cəmi 5 saniyə təşkil edib.
Məlumata görə, Bakı Metropoliteni sərnişin məmnunluğunun artırılması, müraciətlərin vaxtında və dəqiq cavablandırılması məqsədilə 964 Əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsini davam etdirir.







