BAKI, TurkicWorld
Dərnəgül Elektrik Deposunda “Bakı Metropoliteni”nin Birinci mərhələ üzrə işlərinin tamamlanması üçün əhəmiyyətli işlərə başlanılıb.
TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Tunellərdə yol infrastrukturu tamamlanıb. Qatarların təmiri və baxışı üçün nəzərdə yol infrasturkturuna daxil olan digər elementlər üzərində iş gedir.
Qatarların təmiri, baxışı üçün nəzərdə tutulan 7 sahənin inşasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqəli olaraq həm avtomobil, həm də piyada ötürücü tunelinin inşası açıq üsulla davam etdirilir.







