Azərbaycan Bakı Metropoliteni Bakı İçərişəhər

“İçərişəhər” stansiyanın yaxınlığında dönmə kamerasının inşası hansı mərhələdədir?

BAKI, TurkicWorld

28 May və Cəfər Cabbarlı stansiyaları arasında yeni piyada tunelinin qazıntı işlərinə başlanılıb.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoloteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Metropoliten rəsmisi həmçinin qeyd edib ki, “İçərişəhər” stansiyanın yaxınlığında dönmə kamerasının inşası üçün kommunikasiya xətlərinin köçürülməsi mərhələsi gedir.

“Bu işlər ətrafdakı binalara və infrastruktura zərər vermədən, plan üzrə həyata keçirilir”.

Mövzuya görə xəbərlər