Son dəqiqə

Energetika Nazirliyi Qazaxıstan neft hasilatı neft neft məhsulları Aktau-Bakı-Ceyhan

Qazaxıstan Aktau-Bakı-Ceyhanı neft nəqli üçün strateji marşrut hesab edir

Bakı, TurkicWorld

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir.

TurkicWorld Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib.

Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

"Bizim ölkə üçün Aktau-Bakı-Ceyhan marşrutu strateji əhəmiyyət daşıyır. Eyni zamanda strateji ehtiyat qismində Bakı-Supsa istiqamətindən istifadə qalmaqdadır",- deyə nazir qeyd edib.

Mövzuya görə xəbərlər