BAKI, TurkicWorld
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 218,4 milyon ABŞ dolları dəyərində 2,068 milyard kubmetr təbii qaz (qaz şəklində ) ixrac olunub.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində bu göstərici 66 milyon ABŞ dolları və ya 23,2 faiz , həcm baxımından isə 0,9 milyon kubmetr və ya 30,3 faiz azdır.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 2,968 milyard kubmetr təbii qaz ixrac olunub ki, bu ixracın da ümumi dəyəri 284,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7 faiz çoxdur, həcm baxımından isə 718 milyon kubmetr və ya 3 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 252,168 milyon kubmetr təbii qaz idxal olunub və bunun dəyəri 39,151 milyon ABŞ dolları olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə, dəyər baxımından 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artım, həcm baxımından isə 261,4 milyon kubmetr və ya 2 dəfə azalma qeydə alınıb.






