Son dəqiqə

Azərbaycan Türkiyə Azərbaycan Turizm Bürosu MICE GlobeMeets B2B Networking Event 2026 Zamin Əliyev

Azərbaycanın turizm imkanları İstanbulda beynəlxalq turizm sənayesinə təqdim olunub

BAKI,TurkicWorld

Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi 10-11 sentyabr tarixlərində İstanbulda keçirilən “GlobeMeets B2B Networking Event 2026” tədbirində tərəfdaş ölkə qismində Azərbaycanı təmsil edib.

Tədbirdə Azərbaycanın mədəniyyət, qastronomiya, lüks səyahət, təbiət, sağlamlıq, işgüzar turizm (MICE) imkanları və qonaqpərvərlik ənənələri Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan turizm sənayesi nümayəndələrinə təqdim olunub.

İstanbuldan olan mindən çox səyahət agentliyi, həmçinin 20 ölkədən 250 beynəlxalq alıcının iştirakı ilə işgüzar görüşlər və şəbəkələşmə sessiyaları keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev iştirak edib. O, çıxışında Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələrində əlaqələrə toxunub.

Mövzuya görə xəbərlər