Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının dəyəri açıqlanıb

Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının dəyəri açıqlanıb

Bakı. TurkicWorld:

Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavatt gücündə günəş elektrik stansiyasının investisiya dəyəri təxminən 200 milyon dollar olacaq.

TurkicWorld-un məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.

"bp ilə imzalanmış saziş çərçivəsində Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün tədqiqat işləri aparılır. Bundan başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası planlaşdırılır. Bugünədək artıq 4 kiçik su elektrik stansiyası bərpa olunub. Həmçinin, bu il beş kiçik su elektrik stansiyasının tikintisi planlaşdırılır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsinin inkişaf prioritetlərindən biri layihələrin özəl sektorla birgə reallaşdırılmasıdır.

"Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bir sıra analoji layihələrin reallaşdırılması planlaşdırılır", - T.Əmmayev deyib.