Adil Karaismailoğlu İğdır-Naxçıvan dəmir yolunun inşasının gedişatından danışıb

Adil Karaismailoğlu  İğdır-Naxçıvan dəmir yolunun inşasının gedişatından danışıb

İğdır-Naxçıvan arasındakı dəmiryolu xəttinin Türkiyə sərhədləri daxilindəki hissəsi olan Kars-İğdır-Aralık-Dilucu dəmiryolu layihəsinin hazırlıq işləri 2020-ci ilin sonunda tamamlanıb.

Bunu Turkic.World-ə özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

O qeyd edib ki, 224 kilometr uzunluğunda, altı stansiya, cüt xətlər və elektrik siqnalları ilə təchiz edilmiş bu dəmiryolu xəttində daşımalar saatda 160 kilometr sürətlə həyata keçiriləcək. Bu dəmiryolu vahid bir xətt kimi tanınan Bakı-Tiflis-Qars (BTQ) və inşası davam edən Qars Logistika Mərkəzi ilə birlikdə Orta Dəhlizi tamamlayacaq bir yoldur.

“Dəmir yolunun inşasının yekunlaşması ilə Çin, Hindistan, Pakistan və İrandan Avropaya və limanlarımıza ciddi həcmdə axını olacaq. Nəqliyyat sistemində Türkiyənin əsas onurğa sütunu olan şərq-qərb dəhlizində (Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozgat-Sivas-Erzincan-Ərzurum-Qars); İran və Naxçıvanla əlaqələrinin qurulması ilə ölkəmizin maddi-texniki əhəmiyyətini artıracaqdır.Əkinçilik bölgəsi olan İğdırda dəmir yolunun olması Sivas-Ərzincan-Ərzurum-Qars dəmir yolunun önəmin ciddi şəkildə müsbət təsir edəcəkdir. Layihənin həyata keçirilməsi üçün araşdırma və textini iqtisadi əsaslandırma üçün 25-Fevral 2020-ci ildə Azərbaycan və Türkiyə anlaşma memorandumu imzalanmışdır” deyə nazir bildirib.

Nazirin sözlərinə görə ,inşaat xərcləri təxminən 1,2 milyard dollar olan layihə, 2021 İnvestisiya Proqramına daxil ediləcəyi təqdirdə tenderə çıxarılacaq və Qarsdan başlayan dəmiryolu xəttinin Iğdırdan keçərək Araklı və Dilucu sərhəd nəzarət buraxılış məntəqəsinə qədər davam edəcəyi nəzərdə tutulur.

“Hal hazırda Dilucu sərhəd nəzarət buraxılış məntəqəsindən Naxçıvanın Sədərək rayonuna qədər olan 7 kilometrlik ərazidən dəmir yolu xətti yoxdur. Burda dəmiryolunun inşası və şərtləri tərəflər arasında razılaşma yolu ilə həllini tapacaq”-deyə nazir qeyd edib.