Son dəqiqə

Avro-2020 Uels

"Wizz Air" Uels azarkeşləri üçün Bakıya xüsusi reys təşkil edəcək

"Wizz Air UK" aviaşirkəti futbol üzrə Avropa çempionatı ilə əlaqədar Uels milli komandasının azarkeşləri üçün Kardiffdən Bakıya xüsusi reys işə salır.

Turkic.World-un məlumatına görə, uçuş Uels millisinin Bakıdakı oyunları ərəfəsində baş tutacaq.

Qeyd edək ki, Uels iyunun Bakıda İsveçrə ilə, iyunun 16-da Türkiyə ilə qarşılaşacaq.

Kardiffə qayıdış reysi iyunun 17-ə nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Mövzuya görə xəbərlər