Son dəqiqə

Uels

Uelsin birinci naziri istefa verib

Bakı, TurkicWorld

Uelsin birinci naziri Von Qetinq istefa verib.

TurkicWorld xəbər verir ki, mart ayında vəzifəyə başlayan V.Qetinqin adı son bir neçə ayda seçki kampaniyası zamanı aldığı ianələrlə bağlı qalmaqallara qarışmışdı.

O, istefa ərizəsində hər hansı qanun pozuntusunu inkar edib, iddiaların zərərli və siyasi motivli olduğunu deyib.

Von Qetinq qeyd edib ki, nazirliklərdə işlədiyi 11 il müddətində heç vaxt şəxsi maraqları üçün qərar verməyib və tutduğu vəzifələrdən sui-istifadə etməyib.

Qeyd edək ki, bu gün Baş nazirin istefasından əvvəl Uels hökumətinin dörd üzvü V. Qetinqə inamını itirdiklərini deyərək istefa vermişdi.

Mövzuya görə xəbərlər