Son dəqiqə

İqtisadiyyat Nazirliyi

Azərbaycan və Surinamla əməkdaşlıq edəcək

BAKI,TurkicWorld

Surinamla ticarət, investisiya, energetika və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Surinam Respublikasının iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşüb.

Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, həmçinin işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər