Son dəqiqə

Azərbaycan Çexiya

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclası keçiriləcək (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, iqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Çex Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib. Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin, iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər