Son dəqiqə

Azərbaycan İran Nazirlər Kabineti Şahin Mustafayev Fərzanə Sadiqi

Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edilib

BAKI,TurkicWorld

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri ölkələr arasında həyata keçirilən birgə layihələrin icra vəziyyətini müzakirə ediblər.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.

Bununla yanaşı, tərəflər Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələləri də müzakirə ediblər.

Mövzuya görə xəbərlər