BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin iyun ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 694 milyon 415 min dollara çatıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin mebel məhsulları ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 3 milyard 746 milyon 46 min dollar təşkil edib.
Bildirilib ki, son 12 ay ərzində – 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək Türkiyə ümumilikdə 7 milyard 914 milyon 548 min dollar dəyərində mebel məhsulları ixrac edib.







