...

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

İqtisadiyyat Digər xəbərlər 28 Noyabr 2022 13:14
TurkicWorld Daspina Hasanova
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artmaqda davam edir (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 285 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 91 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 113,9 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 56,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (236) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 87,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 22 ixracat, 17 tikinti, 146 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 153 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 42,9 milyon türk lirəsi olub.

2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti