Son dəqiqə

tender Türkiyədə tender Yanacaq tenderi

Türkiyədə 700 min litrdən çox yanacaq satın alınacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin Kənd Təsərrüfatı Xidmətləri İdarəsi dizel yanacağının alınması ilə bağlı açıq tender elan edib. Tender çərçivəsində ümumilikdə 704 min 790 litr dizel yanacağının alınması nəzərdə tutulur.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilənin imzalanmasından sonra təchizatçı şirkət yanacağın 120 təqvim günü ərzində hissələr şəklində təhvil verilməsini təmin etməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 22 iyun 2026-ci il tarixinə qədər " Altıntop Mah. Lise Cad. No:2 20010 Merkezefendi/Denizli " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər