BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin İzmit şəhərindəki İzmit Bələdiyyəsi, 6x4 tipli, üç ədəd yük maşınının alınması üçün tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtomobillər, müqavilə imzalandıqdan sonra 15 gün ərzində təhvil veriləcək və təhvil verilən zaman avtomobillərin işlək vəziyyətdə, təmiz və istifadəyə hazır olması tələb olunur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 iyun 2026-ci il tarixinə qədər " Fen İşleri Tepeköy Şantiyesi-Tepeköy Mahallesi Sepetçiler Yolu Sokak No:17 - İzmit / Kocaeli " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
