Son dəqiqə

tender Türkiyədə tender

Türkiyədə tikinti materiallarının alınması ilə bağlı tender elan olunub

BAKI,TurkicWorld, Fərid Mikayılov

İstanbul İctimai Səhiyyə İdarəsi, şəhərin səhiyyə infrastrukturunun modernləşdirilməsi çərçivəsində üç böyük dövlət xəstəxanasında əsaslı təmir və bərpa işləri üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Podratçı şirkət işə başladıqdan sonra bütün təmir prosesini 120 təqvim günü ərzində yekunlaşdırmalıdır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər " Zuhuratbaba Mah.Dr.Tevfik Sağlam Cad. No:25/2 Kat 3 Bakırköy / İstanbul " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər